RU

Keçmiş FTB direktoru Ceyms Komi barədə cinayət işi açıldı

Keçmiş FTB direktoru Ceyms Komi barədə cinayət işi açıldı

ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərində Rusiyanın ona kömək etdiyi iddiaları ilə bağlı aparılan istintaqa rəhbərlik etmiş keçmiş Federal Tədqiqat Bürosu (FTB) direktoru Ceyms Komi haqqında iki ayrı ağır cinayət ittihamının irəli sürüldüyünü açıqlayıb.

Tramp sosial media hesabında Komini yenidən hədəf alaraq bildirib ki, o, ABŞ-ın qarşılaşdığı ən pis şəxslərdən biridir və ölkəyə qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməli idi. Tramp qeyd edib ki, böyük heyət onu bəzi qanunsuz hərəkətlərinə görə iki ağır cinayətdə ittiham edib.

ABŞ ədliyyə naziri Pam Bondi də açıqlamasında vurğulayıb ki, heç kim qanunlardan üstün deyil və bugünkü ittiham aktı Ədliyyə Departamentinin Amerika xalqını çaşdırmaq üçün səlahiyyətlərindən sui-istifadə edənləri məsuliyyətə cəlb etmək öhdəliyini əks etdirir.

Axios xəbər agentliyinin məlumatına görə, Komi “Kongresə yalan ifadə vermək” və “Kongresin Rusiya istintaqını əngəlləmək”də ittiham edilir.

Избранный
52
afn.az

1Источники