RU

Türkiyəli aktyordan Azərbaycan dilində paylaşım - FOTO

Aktrisa Pelin Akilin keçmiş həyat yoldaşı aktyor Anıl Altan Bakıya gəlib.

Musavat.com xəbər verir ki, o, sentyabrın 26-dan 30-dək Bakıda 8-ci Türkiyə–Azərbaycan türk film günlərində iştirak etmək üçün paytaxtımıza təşrif buyurub.

Aktyor Bakıdan fotoları şəxsi "Instagram" səhifəsində izləyiciləri ilə bölüşüb. Onun paylaşımı xüsusilə maraq doğurub, çünki aktyor bu dəfə izləyicilərinə Azərbaycan dilində müraciət edib.

O, paylaşımına bu sözləri yazıb:

"Problemlərdən, pisliklərdən və pis insanlardan uzaq olmaq ümidi ilə. Xeyirli cümələr".

Anıl Altanın bu jesti azərbaycanlı izləyiciləri tərəfindən müsbət qarşılanıb. Sosial şəbəkə istifadəçiləri aktyorun Azərbaycan dilinə və mədəniyyətinə göstərdiyi hörməti alqışlayıblar.

Könül
Musavat.com

anil.jpeg

Избранный
6
musavat.com

1Источники