RU

Xocalıda Anım Günü qeyd olunub

27 sentyabr – Anım Günü ilə bağlı Xocalı şəhər Şəhidlər xiyabanında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb, qəhrəman Vətən övladlarının əziz xatirəsinə dualar oxunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzPost-a verilən məlumata görə, anım tədbirində çıxış edən natiqlər 2020-ci ildə sentyabrın 27-də başlayan Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən söz açıblar.

Bildirilib ki, Zəfərin davamı olaraq 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Qeyd olunub ki, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Doğma yurd-yuvalarından illərlə didərgin düşmüş keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri dönüşü təmin olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı şəhəri ilə yanaşı, kəndlərə də mərhələli şəkildə köç həyata keçirilir.

Xatıqladaq ki, Xocalıda keçirilən anım mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Xocalı rayon polis şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə veteranları iştirak ediblər.

AzPost.az

Избранный
8
18
azpost.info

10Источники