RU

Oğuzda fıstıq ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq ağaclarının kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Ekologiya.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Избранный
44
26
ekologiya.az

10Источники