RU

Sarkozi beş il həbs cəzasına baxmayaraq əfv istəmir

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransanın keçmiş prezidenti Nikola Sarkozi beş il həbs cəzasına məhkum edildikdən sonra Fransa lideri Emmanuel Makrondan əfv istəmək niyyətində deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darroy BFMTV-yə açıqlamasında bildirib.

“O, təqsirsizliyini nümayiş etdirmək istədiyi üçün əfv istəmək barədə düşünmür”, – vəkil deyib.

Darroy həmçinin qeyd edib ki, Sarkozinin cəzası hüquqi baxımdan əsassızdır və keçmiş prezident kampaniyanın qanunsuz maliyyələşdirilməsi və korrupsiya ittihamlarından iki əsas halda bəraət alıb.

Xatırladaq ki, Paris məhkəməsi Sarkozini 2007-ci il prezidentlik kampaniyası ilə bağlı beş il həbs cəzasına məhkum edib. Keçmiş Fransa lideri bu cəzanın beş ilini şərti həbs şəklində çəkəcək.

Şəbnəm 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
5
icma.az

7Источники