RU

ABŞ Cənubi Qafqaz regionunu klassik imperiyaların inhisarından xilas etdi və 200 illik güc balansını dəyişdi

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“Azərbaycan prezidentinin Nyu-Yorkda keçirdiyi bir sıra görüşlər Azərbaycanın siyasi, strateji və iqtisadi maraqları baxımından mühüm əhəmiyyətli görüşlər idi. Bu görüşlər içərisində, əlbəttə ki, qlobal transmilli şirkətlərin rəhbərləri ilə görüşlər diqqətçəkən idi. Çünki Azərbaycan yeni geostrateji şərtlər çərçivəsində yeni iqtisadiyyat və yaşıl iqtisadiyyat kimi məsələlərdə öndə gedən lokomotiv ölkələrindən birinə çevrilməkdədir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Hikmət Babaoğlu danışıb. Deputat qeyd edib ki, dövlət və hökumət başçıları ilə görüşlər Azərbaycanın yaratdığı yeni reallıqlar çərçivəsində Azərbaycanın logistika imkanlarının və dövlətlərarası əməkdaşlıq üçün əhəmiyyəti baxımdan olduqca maraqlı idi.

Hikmət Babaoğlu

“Heç şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarında Prezident Donald Trampın Azərbaycan prezidentinin səmimi görüşü xüsusi diqqət çəkən bir hadisəyə çevrildi. Qarşılıqlı səmimi münasibətlər dünya siyasətini təyin edən güc mərkəzi kimi Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında bundan sonra uzunmüddətli və daha strateji münasibətlərin qurulması üçün zəmin yaratmış oldu. Bu mənada ABŞ prezidentinin bir daha 8 avqust üçtərəfli görüşünü xatırlaması Sülh Sazişi layihəsi ilə maraqlanması və məsələsinə toxunması Amerika Birləşmiş Ştatlarının bu hadisəyə nə qədər böyük əhəmiyyət verməsinin göstəricisidir”-deyə Hikmət Babaoğlu vurğulayıb ki, Amerika Birləşmiş Ştatları bu hadisə ilə ona görə öyünə bilər ki, faktiki olaraq Cənubi Qafqaz regionu Amerika Birləşmiş Ştatlarının da iştirakçılığı ilə əldə olunan bu razılıq nəticəsində klassik yerli imperiyaların inhisarından xilas oldu. Yəni cənubda və şimalda olan imperiyaların regiona müdaxilə etmək üçün klassik alətləri onların əlindən alınmış oldu və Cənubi Qafqaz regionu dərin strateji kontekstdə tamamilə yeni bir mərhələyə qaldırıldı, 200 illik güc balansı dəyişdi.

Deputatın fikrincə, Donald Tramp bununla öyünür və Azərbaycan prezidentinin öyünməyə haqqı var, çünki bu ideyanın müəllifi Azərbaycan prezidentidir

“Prezident İlham Əliyevin əvvəldən bəri qeyd etdiyi maneəsiz keçidlə bağlı imkanları Amerika Birləşmiş Ştatlarının zəmanəti altında əldə etmiş olduq. Ən yadda qalan görüş, məhz 8 avqust görüşü idi və bu görüş özündən sonrakı münasibətlər üçün çox dərin strateji perspektivlər yaratdı”- deyə Hikmət Babaoğlu qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
icma.az

1Источники