RU

Bu gün qarşılaşcaq “İmişli” və Zirə komandalarının İTKİLƏRİ

ain.az, Idman.biz saytına istinadən bildirir.

Misli Premyer Liqasının 6-cı turunda Qubada “İmişli”nin qonağı olacaq “Zirə” oyuna tam heyətlə çıxa bilməyəcək.

İdman.biz İdmanxeber.az-a istinadən xəbər verir ki, diz bağları qopan və əməliyyat edilən Abdul Aziz Batibye, Leroy Mikels, Vinsent Till və Fuad Bayramov zədə səbəbindən bu görüşü buraxacaq.

“İmişli”də isə cəmi bir itki var. Cəzalı olan Rafael Vieqaş matçı kənardan izləyəcək.

Qeyd edək ki, “İmişli” - “Zirə” qarşılaşması bu gün Quba Olimpiya İdman Kompleksinin stadionunda saat 15:30-da başlayacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
2
icma.az

3Источники