RU

Çində pessimist paylaşımlar sosial mediadan silinəcək

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çin internet tənzimləyicisi vətəndaşlara sosial şəbəkələrdə pessimist və mənfi məzmun paylaşmağı qadağan edib.

Gununsesi.info   xarici mediaya istinadən xəbər verir ki, bundan sonra insanlar ağır işin və ya təhsilin faydasız olduğunu iddia edən yazılara görə məsuliyyət daşıyacaq.

Tənzimləyicilər sosial mediada “həyata mənfi baxış təlqin edən” paylaşımların qarşısını almağı planlaşdırır. Məqsəd fərdi neqativ hadisələrin şişirdilməsi, iqtisadi vəziyyətlə bağlı təhrif olunmuş məlumatlar, sui-qəsd nəzəriyyələri və şayiələrlə mübarizə aparmaqdır.

Eyni zamanda, cəmiyyətdə zorakılığı, düşmənçiliyi təşviq edən, fan konfliktləri yaradan və ya doxxing (başqasının icazəsi olmadan şəxsi məlumatlarını paylaşmaq) hallarına yol verən paylaşımlar da qadağan olunacaq.

Mütəxəssislər bildirir ki, yeni tələblər onlayn platformaların mövcud qaydalarından daha sərt olacaq və hakimiyyətin məqsədi cəmiyyətdə sabitliyi qorumaqdır.

Şəbnəm

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
icma.az

1Источники