Xankəndi şəhərində evdə başlayan yanğının genişlənməsinin qarşısı alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi xəbərə görə, yanğın hadisəsi şəhər ərazisində yaşayış olmayan evlərdən birində qeydə alınıb.
Ərazidəki tikililər yaxın olduğu üçün yanğının ətrafa yayılma riski böyük olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.