RU

Ərdoğan Tramp görüşü Yunanıstanda narahatlıq doğurdu: F 35 gündəmdə

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla keçirdiyi son görüş Yunanıstan mətbuatında Türkiyə-ABŞ münasibətlərinin yaxınlaşması və Ankara üçün diplomatik uğur kimi qiymətləndirilib.Turkustan.az xəbər verir ki, Ərdoğan-Tramp görüşü Yunanıstan mediasında geniş yer alıb.Yunanıstanın nüfuzlu “Ta Nea” qəzeti görüşlə bağlı “Hər şeyi aldı” başlıqlı məqalə dərc edib və “Ağ Ev Sultanı səmaya qaldırdı” ifadəsi ilə Trampın Ərdoğana olan münasibətini qabardıb.Qəzetin yayımladığı məlumatda qeyd olunur ki, Prezident Ərdoğan ABŞ-dan təyyarə və təbii qaz da daxil olmaqla 70 milyard dollara qədər alış paketi ilə geri döndü. Yazıda həmçinin bu fikirlər yer alıb:“Tramp dostu Ərdoğanı tərifləyərkən, Yunanıstan bölgədə tarazlığı dəyişdirəcək qərarlara təsir edə bilmədən yalnız izləyici mövqedə qaldı.”Digər nüfuzlu nəşrlərdən “Kathimerini” isə “Tramp Türkiyəyə F-35 vermək üçün formula axtarır” başlıqlı yazısında Ərdoğan-Tramp görüşü və ABŞ-Türkiyə arasında əldə olunan razılaşmaları önə çəkib. Məqalədə, Trampın Ərdoğanı “regional güc lideri” kimi tanıdığı və Vaşinqton-Ankara münasibətlərində yeni dinamikanın formalaşdığı vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
icma.az

2Источники