RU

“Səbəb də budu ki, mən onun rəsmi agenti olmuşam” Mahir Emreli ilə bağlı müəmmalı açıqlama

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Bu yay azad agent statusu ilə “Kayzerslautern”ə transfer olunan Mahir Emrelinin işləri yenə də yolunda getmir. Baş məşqçi Torsten Liberknextlə problemi yaşayan Mahir, deyəsən, yenə də doğru seçim etməyib. Fakt budu ki, heç bir zədə problem olmadan son üç turda adı iştirak ərizəsinə salınmayıb. Axı Mahirin problemi nədi? Bütün məşqçilər pisdi, Mahir yaxşı? Nədə səhv edir, niyə hər dəfə uğursuzluğa düçar olur? Bu sualları menecer Tural Əsgərova ünvanladıq, onun cavabı isə bir qədər gözlənilməz oldu:

“Mahirin indiki və potensial vəziyyəti müntəzəm müzakirə olunur. Bir şey deyə bilərəm: Mahir Emreli haqda danışmaq istəmirəm. Ümumiyyətlə, danışmaq istəmirəm. Səbəb də budu ki, mən onun rəsmi agenti olmuşam. Hesab edirəm ki, bu gün mənim Mahir haqda danışmağım etik deyil. Xüsusən də tənqidi fikirlər səsləndirsəm, birmənalı qarşılanmayacaq. Bir agent hansısa mövzuda fikir söyləyə bilər, amma sabiq müştərisi haqda danışmasa, yaxşıdı. Demirəm ki, danışmamalıdı. Sadəcə, danışmasa, daha yaxşıdı. Mən bu gün Mahir haqda danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki… (bir neçə saniyə düşünür) Yox, heç axırını deməyim”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
icma.az

2Источники