RU

Türkiyəli məşhurlar Bakıda

Bu gün Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində tanınmış kino simaları ilə görüş keçirilib.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, Bakı Yunus Emre İnstitutunda baş tutan tədbirdə Yeşilçam ulduzu, məşhur aktrisa Hülya Koçyiğit, həmçinin müasir dövrün tanınmış aktyorları Berk Oktay, Anıl Altan və Duyğu Sönmez iştirak ediblər.

Görüş zamanı onlar kino sənəti, şəxsi yaradıcılıq yolları və təcrübələri, tamaşaçı ilə ünsiyyət barədə fikirlərini gənc tələbələrlə bölüşüblər.

Belə ki, Hülya Koçyiğit açıqlaması zamanı bildirib: “Çox arzulayıram ki, bir gün Türkiyə və Azərbaycanın ortaq bir işi olsun. Bu bütün dünyaya səs salsın. Bəlkə iki fərqli ölkəyik, amma bir millətik. Birlikdə çox işlər görəcəyik. Ortaq bir layihə ilə yenidən qarşınızda olmaq xoş olar”.

“Bakı həqiqətən çox möhtəşəm bir şəhərdir. Sakit və təmizdir. İstanbul kimi böyük bir şəhərdə yaşayanlar üçün bura çox hüzurludur”,- o əlavə edib.

Избранный
23
olay.az

1Источники