RU

Qərbi Azərbaycanda məktəb çatışmazlığı 6500 sinif otağı...

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

Qərbi Azərbaycan əyalətində mövcud olan məktəblərin 50%-i köhnə, qəzalı vəziyyətdə və istifadəyə yararsızdır.

Gunaz.tv

Bunu yeni tədris ilinin başlaması ilə bağlı keçirilən mərasimdə Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin başçısı Əli Əkbər Səmimi deyib.

O, hazırda Qərbi Azərbaycan əyalətində 6500 sinif otağının çatışmadığını bildirib.

Bundan qısa müddət əvvəl əyalətin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Pəyam Sədiqi isə Qərbi Azərbaycanda 8000 sinif otağının çatışmadığını söyləyib.

Sədiqi, bununla yanşı hazırda əyalətdə 270 kaneks (konteyner) məktəbin də fəaliyyət göstərdiyini və onların dəyişdirilməsinin vacibliyini bildirib.

"Ölkənin adambaşına düşən təhsil sahəsinin səviyyəsinə çatmaq üçün əyalətdə 2 mini kəndlərdə olmaq şərti ilə ən azı 8000 yeni sinif otağı inşa tikilməlidir",- Pəyam Sədiqi əlavə edib.

Qeyd edək ki, rəsmi statistikaya görə, Qərbi Azərbaycan əyaləti təhsil göstəricilərinə görə İranda 31 əyalət içində 29-cu yeri tutur.

Hazırda ölkə üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5.7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bu 1.7 təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
3
icma.az

4Источники