Türkiyəli müğənni Güllü faciəli şəkildə dünyasını dəyişib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Yalovanın Harmanlar məhəlləsindəki evinin balkonundan yıxılıb.
5-ci mərtəbədən yıxılan Güllü hadisə yerində dünyasını dəyişib.
Müğənninin oğlu sosial mediada açıqlama verərək yayılan intihar iddialarını təkzib edib.