RU

Tramp yeni qərarını açıqladı: Oktyabrın 1-dən...

ABŞ prezidenti Donald Tramp ölkəyə idxal edilən bəzi məhsullara oktyabrın 1-dən tətbiq ediləcək tarifləri açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabındakı paylaşımında bildirib.

Tariflərə əsasən, bəzi dərmanlara 100 faiz, ağır yük maşınlarına 25 faiz, mətbəx və vanna otağı şkaflarına isə 50 faiz rüsum tətbiq olunacaq.

"Bu, sözügedən məhsulların digər ölkələr tərəfindən kütləvi şəkildə ABŞ-a daşınması ilə əlaqədardır. Bu, olduqca ədalətsiz bir təcrübədir, lakin biz milli təhlükəsizlik və digər səbəblərə görə istehsal proseslərimizi qorumalıyıq”, - deyə Tramp qeyd edib.

Избранный
22
publika.az

1Источники