RU

“Proxima Tech Solutions” Afrika İstiqamətində Planlarını AfCFTA Baş katibi ilə Bölüşdü

Bakı, 26 sentyabr, AZƏRTAC

Afrika Kontinental Azad Ticarət Zonasının (AfCFTA) Baş katibi Wamkele Mene və onu müşayiət edən nümayəndə heyəti iş adamı Tahir Gözelin dəvəti ilə sentyabrın 21-23-də Azərbaycana işgüzar səfər edib.

Səfər çərçivəsində Baş katib sentyabrda 22-də Tahir Gözelin təsisçisi olduğu “Proxima Tech Solutions” şirkətini ziyarət edərək, Azərbaycanın texnologiya sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olub. “Proxima Tech Solutions” tərəfindən təqdim edilən qabaqcıl texnoloji həllər və təhlükəsizlik əməliyyatları mərkəzinin (SOC) fəaliyyəti nümayiş etdirilib. Baş katib Mene şirkətin Afrika ölkələrinin rəqəmsal təhlükəsizliyinə və kibermüdafiə potensialının artırılmasına verə biləcəyi töhfələri yüksək qiymətləndirib.

Görüş zamanı Tahir Gözel Azərbaycan-Afrika strateji tərəfdaşlığının güclənməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın texnologiya əsaslı həllər vasitəsilə inklüziv və davamlı inkişafı təşviq etməyə yönəlmiş səyləri barədə məlumat verib. O, “Proxima Tech Solutions”un xidmətlərini Afrika bazarına təqdim etməyə və bu istiqamətdə tərəfdaşlıqları genişləndirməyə tam hazır olduğunu bildirib.

Wamkele Mene isə Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi sürətli inkişafı təqdir edərək, Afrika ölkələri üçün əməkdaşlıq, investisiya və bilik mübadiləsi imkanlarını xüsusilə önə çəkib. Afrikada investisiya imkanları haqqında ətraflı məlumat verən Wamkele Mene Afrika ölkələrinin geniş insan resursları və sürətlə inkişaf edən sahələrindən bəhs edərək, bu potensialın Azərbaycan texnologiyaları üçün mühüm inkişaf platforması yarada biləcəyini vurğulayıb.

O, həmçinin səfərin məhsuldar keçdiyini diqqətə çatdıraraq, göstərilən qonaqpərvərliyə və dəvətə görə Tahir Gözelə təşəkkür edib.

Bu görüş Azərbaycan və Afrika arasında yeni əməkdaşlıq imkanlarının açılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Избранный
20
3
azertag.az

4Источники