RU

AZƏRTAC AXA Alyansının Afina konfransında

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Afinada Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Müasir çağırışlar dövründə xəbər agentliklərinin idarə olunması" mövzusunda konfransı keçirilib.

Məclisdə Avropanın aparıcı agentliklərinin rəhbərləri və nümayəndələri, o cümlədən Alyansa üzv olan AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak ediblər.

Konfransda “Reuters”, Böyük Britaniyanın “Press Association”, Fransanın AFP, Bolqarıstanın BTA və digər agentliklərin rəhbərləri süni intellektin sürətlə yayıldığı vaxtda agentliklərin üzləşdiyi çağırışlardan, effektiv menecmentlik, gəlirlərin şaxələndirilməsi, müəllif hüquqlarının qorunması məsələlərindən danışıblar. Xəbər agentliklərinin süni intellekt vasitəsilə informasiya yaradılmasının etik və jurnalistika prinsiplərinə uyğunluğu da müzakirə edilib.

Bildirilib ki, artıq xəbər saytları əvvəlki kimi axtarış sistemlərindən keçidlər əldə edə bilmir. Səbəb insanların sorğularını “Google” və digər axtarış sistemlərinə deyil, ChatGPT və ya digər proqramlara yönəltməsidir. Bununla əlaqədar texnoloji nəhənglər müəllif hüquqlarını, informasiya mənbələrinin öndə olmasını alqoritmlər vasitəsilə təmin etməlidirlər və bütün bunlar qanunvericiliklə təsbit olunmalıdır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
4
xalqqazeti.az

5Источники