RU

Məşhur restoranda heyvanların qanunsuz saxlanıldığı aşkar olunub (FOTO)

Bakı. Trend:

“Kolorit” restoranında heyvanların qanunsuz saxlanıldığı aşkarolunub.

Trend xəbərverir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumatyayıb.

Bildirilib ki, monitorinq çərçivəsində Xətai rayonu, M.Hadiküçəsində yerləşən “Kolorit” restoranına baxış keçirilib. Baxışzamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkandasaxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyənedilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və yaheyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvilverilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digərbaytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlarverilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyəuyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşəmüəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması vənümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan vəquşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi vəbioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

AQTA bildirir ki, monitorinqlər mütəmadi olaraq davametdiriləcək və qanunvericiliyin tələblərinin pozulması hallarıaşkarlandığı təqdirdə, Agentlik tərəfindən müvafiq inzibatitədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanmasıilə bağlı monitorinqləri davam etdirir.

Məşhur
Məşhur
Məşhur
Məşhur
Məqalədə:
Избранный
42
36
az.trend.az

10Источники