RU

Ombudsman Anım Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat yayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Ombudsmanı 27 Sentyabr - Anım Günününbeşinci ildönümü ilə əlaqədar Bəyanat yayıb.

Trend xəbərverir ki, bəyanatda bildirilib:

“2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlıqüvvələrinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinipozaraq azərbaycanlımülki əhalinin sıx məskunlaşdığı yaşayışməntəqələrini intensiv və ağır silahlardan atəşə tutmaqla çoxsaylıdinc insanların tələfatı ilə nəticələnən genişmiqyaslı hərbiəməliyyatlara başlamasından beş il ötür.

Həmin dövrdə Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinəəsasən özünümüdafiə hüququndan istifadə edərək, mülki əhalininyaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altındaqalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücuməməliyyatlarına başlamış, nəticədə mötəbər beynəlxalq təşkilatlarınuzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrasıtəmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburiköçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilmişdir.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələribeynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarını kobudşəkildə pozaraq azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı vədöyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqdayerləşən ölkənin ən böyük şəhərlərindən birini, rayon mərkəzlərinivə digər yaşayış məntəqələrini uzaqmənzilli əməliyyat-taktiki vəballistik raket qurğularından atəşə tutmuşdur.

Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, ocümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu iltarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarınıntələblərinə zidd olaraq qəsdən törədilmiş müharibə cinayətlərinəticəsində 100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətləyetirilmiş, 450-dən çox mülki şəxs yaralanmışdır. Bundan əlavə,Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, ocümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlusayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinəməruz qalaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşmüşdür.

Postmüharibə dövründə regionda sülh və əmin-amanlıq üçün təhlükəyaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısınınalınması, insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cüil sentyabrında lokal xarakterli antiterror tədbirləri həyatakeçirilmişdir.

Vətən müharibəsi və antiterror tədbirləri nəticəsindədövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmiş vəbölgədə insan hüquqlarının qorunması istiqamətində yeni imkanlaraçılmışdır.

Bir müddət əvvəl isə Amerika Birləşmiş Ştatlarında Azərbaycan vəErmənistan liderlərinin görüşü zamanı “Azərbaycan Respublikası vəErmənistan Respublikası arasında sülhün və dövlətlərarasımünasibətlərin təsis olunması haqqında Saziş” paraflanmışdır. Butarixi hadisə ilə təkcə iki ölkə arasında deyil, bütövlükdəregionda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətindəəhəmiyyətli irəliləyiş əldə olunmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) olaraq bir daha vurğulamaq istərdim ki, işğal vəmüharibə dövrlərində pozulmuş insan hüquq və azadlıqlarınınbərpası, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması,işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməprosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinintəqdim olunması, habelə keçmiş məcburi köçkünlərin öz doğmatorpaqlarına təhlükəsiz və ləyaqətlə geri qayıdışı kimi beynəlxalqhüquqa əsaslanan fundamental məsələlərin təmin edilməsi olduqcavacibdir.

Bu baxımdan beynəlxalq təşkilatların, dünya dövlətlərinin,xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarınınbeynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının təmini,müharibə cinayətlərini törədənlərin cəzalandırılması, pozulmuşinsan hüquqlarının bərpası, dayanıqlı inkişafın və daimi sülhünbərqərar edilməsi istiqamətində birgə təşəbbüs göstərmələri xüsusiönəm kəsb edir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təminolunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi və keçmişməcburi köçkünlərin uzun illər ərzində kobud şəkildə pozulmuş hüquqvə azadlıqlarının bərpası uğrunda həyatlarını itirmişşəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, ölkəmizə,regiona və dünyaya sülh arzu edirəm”.

Qeyd edilib ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-ninTəhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə AliKomissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsanHüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının,Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və AvropaOmbudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına,İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərinOmbudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar vəMilli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslamƏməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan HüquqlarıKomissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə,Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlifölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına,Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrinrespublikamızdakı səfirliklərinə, Azərbaycanın diasportəşkilatlarına göndərilib.

Избранный
47
27
az.trend.az

10Источники