RU

Arsenal ın təklifinə razılaşdı, Real ı şoka saldı

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Arsenal” müdafiəçisi Uilyam Saliba ilə yeni müqavilə barədə razılığa gəlib. 

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

24 yaşlı futbolçunun “topçular”la 5 illik sözləşmə imzalayacağı gözlənilir. Müqavilənin yaxın günlərdə rəsmiləşəcəyi bildirilib.

Qeyd olunur ki, London klubu müdafiəçi ilə danışıqlara hələ may ayında başlayıb. “Arsenal” mövcud anlaşması 2027-ci ilin iyununda başa çatacaq futbolçunu daha uzun müddət saxlamağı planlaşdırır.

Saliba ilə “Real” da maraqlanırdı. Lakin fransalı oyunçu mart ayında açıqlamasında “Arsenal”da xoşbəxt olduğunu və London klubu ilə titullar qazanmaq istədiyini demişdi. Mətbuatda yayılan xəbərlərə əsasən, bu qərar Madrid təmsilçisini şoka salıb. 

Fransa millisinin üzvü bu mövsüm Premyer Liqada 4 oyun keçirib. Onun həmçinin İngiltərə Liqa Kubokunda 1 matçı və 1 məhsuldar ötürməsi var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
qol.az

2Источники