“İnter Mayami” MLS-də 29-cu turun oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, məşhur futbolçu Lionel Messinin də formasını geydiyi komanda səfərdə “Nyu York Siti” ilə qarşılaşıb. “İnter Mayami” 4:0 hesablı qələbə qazanıb. 38 yaşlı Messi qələbədə dubl etməklə rol oynayıb. Digər 2 qolu isə Baltasar Rodriges və Luis Suares vurublar.
Hazırda “İnter Mayami” turnir cədvəlində 55 xalla 3-cü yeri tutur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта