RU

Paşinyanın azərbaycanlılara yazdığı şeiri yayıldı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı açıqlamaları fonunda 13 yaşında olarkən yazdığı şeir gündəmə gəlib. Belə ki, Paşinyan son çıxışlarında, “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinə görə peşan olduğunu, bunu hansı düşüncə ilə dediyini anlamadığını dəfələrlə vurğulayıb. Həmçinin ermənilərin Qarabağ xəyallarından əl çəkməli olduqlarını bildirib. 

Globalinfo.az xəbər verir ki, ermənistan KİV onun hələ 13 yaşında olarkən Qarabağa keçmiş qondarma rejimin “artsax” adı ilə həsrt etdiyi şeirini gündəmə gətirib.

Məlumata görə, 2010-cu ildə bir erməni şairənin nəşr etdirdiyi kitabda paşinyanın 1988-ci ildə yazdığı “artsax” şeiri də yer alıb. Nəşr şeiri baş nazirinin ögey anasının şairəyə hədiyyə etdiyini yazıb. Paşinyanın bu şeiti sərhədin digər tayındakı azərbaycanlılara ünvanlı qələmə aldığı bildirilir.

Şeirin təqribi tərcüməsini təqdim edirik:

Bəli, bu günəşin altında bəsləndim

Bu günəşin altında, isti və erməni

Bu günəşin altında böyüdün

Bir döyüşçü və adam oldum

Siz o torpaqlara Qarabağ deyirsiz

Biz ermənilər isə “artsax” deyirik

Bunu deyərkən bir oğru kimi danışırsız

Amma biz ermənilər cəsarətli və qorxusuz

Erməni xalqı sizin kimi utanmaz alçaqlara azadlıq verdi

Erməni uşağı başıboş küçə itləri kimi zəncirlənəcək

Biz dürüst şəkildə tələbimizi açıqladıq

Hətta buna sübut da göstərdik

Əgər təklifimizi bu qədər əsalətli olmasaydı

O zaman Araz çayı özünə yeni yol axtarardı

Bəli, Masisdəki qarlar əriyəcək

Sevan görül (Göyçə-red.) duzlu olacaq

Əgər tələbimiz düz olmasaydı

O zaman cəllad kimi hərəkət edərdik

Bizim Qarabağda gözümüz yoxdur

Niyə öz torpağımızda gözümüz olsun?

Sərhədimiz o qədər uzadıldı ki

İndi Meğridəki üzümdən istəyirsiz

Qeyd edək ki, Nikol Paşinyan 44 günlük müharibəyə kimi Qarabağla bağlı kəskin mövqe nümayiş etdirməsinə baxmayaraq, son 5 ildə buna görə ciddi şəkildə peşman olduğunu vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
globalinfo.az

1Источники