RU

Reuters: Çin mütəxəssisləri Rusiyaya silah istehsalında kömək edib...

Beynəlxalq sanksiyalara baxmayaraq, Pekin və Moskva arasında texnoloji əməkdaşlıq güclənir...

Poliqon xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Çin mütəxəssisləri Rusiya Federasiyasının İjevsk şəhərində yerləşən “Kupol” zavodunda döyüş dronlarının hazırlanmasında iştirak ediblər. Məlumata əsasən, 2023-cü ildən etibarən Çin mühəndisləri təcrübə-konqstruksiya işləri və testlərdə fəal olub.

İstehsal olunan dronlar Rusiya şirkəti TSK “Vektor” vasitəsilə göndərilib. “Kupol” zavodu isə Avropa İttifaqı, ABŞ və bir sıra digər ölkələrin sanksiyaları altında fəaliyyət göstərir.

Ekspertlər bildirirlər ki, bu əməkdaşlıq Moskva ilə Pekin arasında hərbi və texnoloji sahədə əlaqələrin möhkəmləndiyini göstərir və beynəlxalq cəmiyyət tərəfindən diqqətlə izlənir. Həmçinin, belə texnoloji dəstək Rusiya hərbi sənayesinin sanksiyalara baxmayaraq modernləşməsinə imkan yaradır.

Poliqon.info

Избранный
95
poliqon.info

1Источники