RU

Çin Xalq Respublikasının 76-cı ildönümü Bakıda qeyd edilib

Sentyabrın 25-də “Gülüstan” sarayında Çin Xalq Respublikasının 76-cı ildönümünə həsr olunmuş təntənəli qəbul keçirilib.

Mərasimdə Azərbaycan hökumətinin yüksəkvəzifəli rəsmiləri, diplomatik korpusun nümayəndələri, ictimaiyyətin tanınmış simaları, Çin icmasının üzvləri iştirak ediblər.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey qonaqları salamlayaraq qeyd edib ki, 76 il ərzində Çin xalqı Kommunist Partiyasının rəhbərliyi ilə milli şəraitə uyğun inkişaf yolunu seçib, sürətli iqtisadi tərəqqi və uzunmüddətli sosial sabitlik kimi möcüzələr yaradıb: “Çin yoxsulluqla mübarizədə böyük uğurlar qazanaraq 800 milyon insanı yoxsulluqdan xilas edib və hərtərəfli orta rifah cəmiyyəti qurub. Çinin nailiyyətləri yalnız öz xalqına deyil, bütün dünyaya fayda verir”.

Səfir Azərbaycan–Çin münasibətlərinə toxunaraq qeyd edib ki, cari il ikitərəfli əlaqələr üçün həqiqətən məhsuldar olub. Prezident İlham Əliyevin Çinə iki rəsmi səfəri zamanı ölkələr arasında Əhatəli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalanıb, “Bir kəmər, bir yol”, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində mühüm razılaşmalar əldə olunub: “Sədr Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi sayəsində ikitərəfli münasibətlərimiz yeni zirvələrə yüksəlir”.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev çıxışında Azərbaycan–Çin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb: “Hazırda ikitərəfli münasibətlərin gündəliyi genişdir. Əməkdaşlıq iqtisadi-ticarət, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, humanitar, turizm və digər sahələri əhatə edir”.

Qəbul bədii hissə ilə davam edib.

XQ

Избранный
13
xalqqazeti.az

1Источники