RU

İrana son xəbərdarlıq: Bir neçə saata başlayır

BAKI, 26 sentyabr. TELEQRAF

Avqustun 28 -də “Avropa üçlüyü” - Fransa, Britaniya və Almaniya İrana qarşı “tətik mexanizmi”ni işə saldıqdan sonra Tehran məhdud seçimlərlə üz-üzə qalıb, onların da hər biri ağırdır.

Teleqraf xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ötən gün İrana qarşı sanksiyaların bərpasına saatlar qaldığını deyib.

BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən İran Prezidenti Məsud Pezeşkian avropalılarla məsləhətləşmələrin gözlənildiyi kimi getmədiyini etiraf edib.

“Al Arabiya” yazıb ki, bu, İranın “tətik mexanizmi”ndən qaçmaq üçün hansı variantlara sahib olması sualını doğurur. Cavab yenə Makrondan gəlib və o, iki gün əvvəl İranın üçlüyün şərtləri ilə razılaşacağı təqdirdə sanksiyalardan yayına biləcəyini təsdiqləyib.

Bunlara Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin İranın bütün nüvə obyektlərinə girişinə razılıq verilməsi, zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı narahatlıqların aradan qaldırılması və ABŞ ilə danışıqların aparılması daxildir. Amma İranın indiyədək verdiyi cavab müsbət olmayıb. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri ilə keçirdiyi brifinqdən sonra deyib ki, sanksiyalar yenidən tətbiq olunarsa, Tehran AEBA ilə Qahirə sazişini ləğv edəcək.

İran üçün həyat xəttini təmsil edə biləcək başqa bir seçim sanksiyaların ləğvini uzatmaq üçün Rusiya və Çinin təklifləri ilə bağlı BMT Təhlükəsizlik Şurasında səsvermədir. Amma diplomatik mənbələr hesab edirlər ki, Rusiya-Çin təklifi Təhlükəsizlik Şurasında 15 səsdən 9-nu ala bilməyəcək.

Təxminən iki həftə əvvəl Təhlükəsizlik Şurası sentyabrın 27-də İrana qarşı sərt sanksiyaları bərpa edəcək “tətik mexanizmi”ni işə salmaq üçün səs verib.

Избранный
15
2
teleqraf.com

3Источники