RU

Starbucks bəzi mağazalarını bağlayacaq və 900 nəfəri ixtisar edəcək

ABŞ-nin “Starbucks” qəhvə şəbəkəsi yenidən strukturlaşdırma planı çərçivəsində Şimali Amerikada bir sıra mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə şirkət ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasına təqdim etdiyi hesabatda məlumat verib.

Məlumata görə, “Starbucks”ın İdarə Heyəti “Starbucks-a qayıdış” strategiyası çərçivəsində restrukturizasiya planını təsdiqləyib. Strategiya çərçivəsində hazırkı portfel nəzərdən keçirilir və brend tələblərinə cavab verməyən, zəif maliyyə göstəricilərinə malik mağazalar bağlanacaq. Həmçinin dəstək strukturları yenidən təşkil olunacaq və müştərilərə yaxın investisiyalara üstünlük veriləcək.

“Starbucks” restrukturizasiya çərçivəsində ümumilikdə 1 milyard ABŞ dolları həcmində xərc çəkəcəyini açıqlayıb. Bu məbləğin 90 %-i Şimali Amerika biznesinə aid olacaq.

Seyranə QuliyevaMissiya.Az

Избранный
6
missiya.az

1Источники