RU

Brend savaşı: Vinisius Junior məhkəmədən qalib çıxdı

“Real Madrid”in futbolçusu Vinisius Junior adının brend kimi istifadəsi ilə bağlı məhkəmə çəkişməsində qalib gəlib.

İdman.biz “AS” nəşrinə istinadən xəbər verir ki, La Korunyalı bir iş adamı 2018-ci ilin noyabrında braziliyalı hücumçunun adını ticarət nişanı kimi qeydiyyatdan keçirib. Halbuki Vinisius öz “Vinicius Jr” brendini bir il əvvəl rəsmiləşdirib.

İş adamı məhkəmədə həmin dövrdə futbolçunun tanınmadığını və istehlakçıların brendi onunla əlaqələndirmədiyini iddia edirdi. Lakin La Korunya və əyalət məhkəmələri futbolçunun xeyrinə qərar çıxarıb. Nəticədə brendin qeydiyyatı ləğv olunub və bütün məhkəmə xərcləri iş adamı tərəfindən ödəniləcək.

Qeyd edək ki, iş adamı brend adının Roma imperiyası tarixi və ailəsinə bağlı olduğunu əsas gətirmişdi, lakin bu arqumentlər 2023-cü ildə məhkəmə tərəfindən rədd edilib.

İdman.biz

Избранный
28
1
idman.biz

2Источники