RU

Məşhur müğənni faciəvi şəkildə vəfat edib

ain.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin tanınmış müğənnisi Güllü faciəvi şəkildə dünyasını dəyişib.

Missiya.Az xəbər verir ki, sənətçi İstanbulun Çınarcık bölgəsində yerləşən evinin 6-cı mərtəbəsindəki eyvanından yıxılaraq həyatını itirib.

Hadisə ilə bağlı sənətçinin oğlu Tuğberk Gülter sosial şəbəkə hesabında paylaşım edib. O, anasının qəfil vəfatı ilə bağlı yayılan bəzi iddialara da aydınlıq gətirib:

“Kədərli xəbəri paylaşmaq üçün bu mesajı yayımlayıram. Güllünü bu gecə faciəvi qəzada itirdik. Sosial mediada yayılan intihar xəbərləri həqiqəti əks etdirmir. Cənazə ilə bağlı məlumatları Instagram səhifəsindən paylaşacağam.”

Qeyd edək ki, Güllü “Sunday Olmadan”, “Değmezmiş Sana”, “Ödüm Kopuyor” və “Ünuttum İşte” kimi mahnılarla tanınırdı. Arabesk musiqisinin sevilən simalarından olan sənətçi uzun illərdir sənət fəaliyyətini davam etdirirdi.

Faktla bağlı araşdırma aparılır.

Seyranə Quliyeva Missiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
missiya.az

2Источники