RU

Gəncədə təhsil alan tələbələrə xoş xəbər Deputat açıqladı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Dəmir yollarının inkişafı bizi sevindirir, xüsusilə də müasir qatarların istifadəyə verilməsi müsbət haldır”.

Bunu Globalinfo.az-a Gəncənin deputatı Naqif Həmzəyev Mingəçevir-Gəncə-Ağstafa qatar reysinin açılışı ilə bağlı deyib.

O xatırladıb ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəri və tarixi paytaxtıdır:

“Gəncə Qazaxdan Yevlaxa qədər bölgənin əsas mərkəzi, həmçinin Qarabağa yaxın strateji şəhər hesab olunur. Mingəçevir-Gəncə-Ağstafa qatar marşrutunun açılması bölgə əhalisi üçün böyük rahatlıq yaradacaq. Mingəçevir turizm baxımından zəngin şəhərdir və Gəncə sakinləri tez-tez istirahət üçün ora üz tutur. Həmçinin Gəncə ilə Mingəçevir, Ağstafa arasında ticarət və digər məqsədlərlə gediş-gəliş edən çoxlu sakin var. Gündə iki dəfə işləyəcək bu reys həm vaxt, həm də təhlükəsizlik baxımından üstünlük verəcək və münasib qiymətləri ilə diqqət çəkəcək. Qatar marşrutlarının artırılması regionlararası əlaqələri gücləndirəcək”.

Deputat qeyd edib ki, yaxın gələcəkdə Gəncədən Ağdam, Xankəndi və Lənkərana qədər qatar reyslərinin açılması gözlənilir:

“Gəncədə üç böyük universitet fəaliyyət göstərir və çox sayda tələbə burada təhsil alır. Onların, ailələrinin və digər vətəndaşların şəhərlərarası rahat gediş-gəlişi üçün dəmir yolu vacibdir. Bu marşrutlar paytaxtdan asılılığı azaldacaq və gənclərə öz şəhərlərində yaşayıb, böyük şəhərlərdə işləmək imkanı verəcək. Avropa ölkələrində də bu praktika geniş yayılıb: insanlar bahalı şəhərlərdə yaşamır, amma qatar vasitəsilə hər gün işə gedib-qayıdırlar. Düşünürəm ki, Azərbaycan Dəmir Yolları da bu tendensiyanı nəzərə alır və yaxın 5 ildə bu, gənclər üçün əhəmiyyətli fürsətlər yaradacaq”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
globalinfo.az

1Источники