RU

Zərgərlik mağazasından 1 milyonluq oğurluq etdilər - VİDEO

ABŞ-nin Kaliforniya ştatında 25 nəfərlik dəstə zərgərlik mağazasına basqın edib.

News365.az “BBC”yə istinadən xəbər verir ki, hadisə San-Ramon yaşayış məntəqəssində qeydə alınıb.

Mağazaya daxil olan silahlı şəxslərin bir qismi satıcıları tapança ilə qorxudub, digərləri isə vitrinlərin şüşələrini sındıraraq zinət əşyalarını götürüb. 

Həmin şəxslər daha sonradan 6 avtomobillə hadisə yerindən uzaqlaşıblar. 

Hadisə zamanı ümumilikdə 1 milyon dollar dəyərində zərgərlik nümunələri oğurlanıb. Mağazaya basqın edən şəxslərdən 7-si artıq saxlanılıb.


Избранный
28
5
news365.az

6Источники