Bakı, 25 sentyabr, AZƏRTAC
Şimali Kipr Türk Respublikasında və Türkiyədə keçirilən “TEKNOFEST 2025” Aerokosmik və Texnologiya Festivallarının ümumi nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) komandaları ümumilikdə 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 4 xüsusi mükafat (o cümlədən 1 fərdi) qazanıblar.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bu göstərici ilə BANM Azərbaycanın ali təhsil müəssisələri arasında ən çox mükafat qazanan ali məktəb olub.