RU

Putinlə Paşinyan Moskvada ticarət və atom enerjisi əməkdaşlığını müzakirə etdilər

ain.az bildirir, Bizimyol portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Kremldə keçirilən görüşdə iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Bizimyol.info xəbər verir ki, mətbuata verilən məlumata görə, tərəflər ticarət dövriyyəsinin rekord səviyyəyə çatmasını və atom enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsini yüksək qiymətləndiriblər.

Prezident Vladimir Putinin sözlərinə görə, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2024-cü ilin göstəricilərinə əsasən 11 milyard ABŞ dollarını ötüb ki, bu da Ermənistanın ümumi xarici ticarət dövriyyəsinin 34 faizini təşkil edir. “Bu, iki ölkə arasında indiyədək qeydə alınmış ən yüksək göstəricidir,” – deyə Rusiya lideri qeyd edib.

Görüşdə energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzində olub. Putin Ermənistanın atom energetikasında əldə etdiyi nəticələri yüksək qiymətləndirib və bildirib ki, Metsamor Atom Elektrik Stansiyası (AES) ölkənin elektrik enerjisi istehsalının təxminən 30 faizini təşkil edir.

“Ermənistanda atom stansiyası uzun illərdir fəaliyyət göstərir və ölkənin enerji balansında mühüm rol oynayır. Bu səbəbdən də Paşinyan cənabının Moskvada keçirilən beynəlxalq atom forumunda iştirakı tamamilə təbiidir,” – deyə Rusiya prezidenti əlavə edib.

Putin, həmçinin Rusiyanın dövlət nüvə şirkəti “Rosatom”un hazırda Metsamor AES-in istismar müddətinin uzadılması ilə bağlı işlər apardığını xatırladıb.

Qeyd edək ki, görüş çərçivəsində hər iki lider "Dünya Atom Həftəsi" çərçivəsində Moskvada keçirilən Qlobal Atom Forumunda da iştirak ediblər. Forum Rusiyanın atom sənayesinin 80 illiyinə həsr olunub və 25–28 sentyabr tarixlərində VDNX sərgi kompleksində keçirilir.

Tədbirdə atom proqramı olan ölkələrin nümayəndələri, dövlət qurumları, sənaye şirkətləri, alimlər və mütəxəssislər iştirak edirlər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
icma.az

1Источники