RU

Pop ulduz atasının son arzusunu açıqladı

Xalq artisti Röya Ayxan dünən konsert proqramı ilə çıxış edib.

Yenisabah.az xəbər verir ki, məşhur məkanların birində səhnəyə çıxan sənətçi jurnalistlərin suallarını cavablandırıb.

O, qardaşı İsmayılın yeni doğulan oğlu Mete Beyazdan və mərhum atası Yaqub Nəcəfovdan danışıb. Marqarita pizza

Xalq artisti bildirib ki, Mete onu ayağa qaldırıb:

“Mete Beyaz mənim xilaskarımdır. “Öl” desə, ölərəm. O, məni tutdu, ayağa qaldırdı, saxladı. 2 aydır onu qucaqlamışam, onunla yaşayıram. Qızın ailəsi zəng edir ki, İstanbula gəlsinlər. Deyirəm ki, dəyməyin, mən hələ özümə gəlməmişəm. Gəlinə deyirəm ki, ikincini də dünyaya gətir, bunu ver mənə. Deyir, yox…

Atam nəvəsi üçün bir çəhrayı oyuncaq almışdı, bir də boz rəngdə papış. O papışı tez geyindirdim. Sonradan vəziyyəti ağırlaşdı, heç nə edə bilmədik. Huşu özündə olanda iki cür almışdı hər şeyi. Çox istəyirdi ki, oğlunun oğlu olsun. Deyirdim ki, sənin nəvələrin var, iki qızının da övladları var. Deyirdi, öz nəvəmi, oğul nəvəmi istəyirəm.

Mete mənim üçün başqa dünyaya qapı açdı. O, mənim üçün hər şeydir. Öz oğlum doğulanda belə hisslər yaşamamışdım. İndi elə bil anayam mən, ya da nənəyəm mən… Nə bilim. Qoymayacağam ki, “bibi” desin. “Röya” desin”.

Aydan Hacı


Telegram kanalımız
Избранный
26
1
yenisabah.az

2Источники