RU

Putindən azərbaycanlılara mesaj: Məşhur taktika dəyişdi, ermənilər sevindi

Rusiyada azərbaycanlıların ard-arda həbsi, vətəndaşlıqdan çıxarılması və təqib edilməsi fonunda erməni icmasına müsbət yanaşmalar müşahidə olunur. Sentyabrın 7-də Kremlin tədbir zalında Rusiya Erməniləri İttifaqının yubileyinin təntənəli təşkili və Prezident Vladimir Putinin iştirakçılara xüsusi təbrik müraciəti bu baxımdan diqqət çəkir.

Ermənistan KİV Putinin bu yolla Bakıya mesaj verdiyini, azərbaycanlılara sərt yanaşmalar fonunda erməniləri meydana çıxardığını yazır. Həmçinin əvvəllər belə vəziyyətlərdə birbaşa İrəvana dəstəyin artırılmasına baxmayaraq, Moskva bu dəfə erməni hökumətinin vəziyyətdən faydalanmasını istəmir. Bu səbəbdən iki ölkənin xalqları üzərindən mesaj verməyə çalışır.

Putinin azərbaycanlılara hansı mesajı verməyə çalışır? Kremlin erməni planı nə ilə nəticələnəcək?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Rusiyadakı azərbaycanlılara münasibət bir cür, Azərbaycan hökumətinə münasibət isə başqa cürdür:

“Fərqi ayırmaq vacibdir. Hazırda Rusiyanın Azərbaycan hökumətinə təzyiqləri müşahidə olunur, amma bu, sıravi azərbaycanlılara yönələn münasibətdən tam fərqlidir. Çünki məsələ yalnız siyasi səbəblərlə bağlı deyil. Eyni münasibəti, məsələn, Türkiyədən gələn türklərə və ya digər bölgələrdən gələn müsəlman xalqlara qarşı müşahidə etmirik.

Ümumilikdə Rusiyada istər Qafqazdan, istərsə də Türkiyədən gələn türklərə qarşı müəyyən risklər mövcuddur. Bunun kökündə daha dərin strateji səbəblər dayanır. Eyni zamanda rusların tarixən ermənilərlə yaxın münasibətləri var. Burada həm dini (xristian həmrəyliyi), həm də siyasi maraqlar rol oynayır.

Moskvanın İrəvanda dəstəklədiyi qüvvələr hazırda zəifləyib və nəticədə yeni vəziyyət yaradıb. Buna görə də Rusiyadakı ermənilərə münasibətdə bir qədər həssaslıq göstərilir. Erməni icmasının siyasi proseslərə qarışmaq imkanları olduğu üçün Moskva onları müəyyən mənada diqqətdə saxlayır”.

Siyasi şərhçinin sözlərinə görə, türk dövlətlərindən gələn türklərə qarşı isə fərqli yanaşma müşahidə olunur:

“Bu, artıq Rusiyanın strateji maraqları ilə bağlıdır. Yəni Rusiyanın gələcəyi və onun əsas tərəfdaşlarının kimlər olacağı kontekstində münasibət formalaşır.

Rusiyada yaşayan türklərin gündəlik həyatına baxanda, onların tam arzulanan şəkildə inteqrasiya etdiklərini demək çətindir. Azərbaycanlılara qarşı da zaman-zaman mənfi münasibətlər sərgilənir. Bəzən azərbaycanlılara kollektiv şəkildə məsuliyyət yüklənir, halbuki onların əksəriyyəti artıq Rusiyada işləyən, inteqrasiya olunmuş insanlardır.

Görünən odur ki, bu münasibətlər daha çox Azərbaycan hökumətinə verilən mesaj xarakteri daşıyır. Yəni sıravi azərbaycanlıların davranışı ilə bağlı deyil, siyasi səbəblərlə əlaqəlidir”.

Избранный
23
4
konkret.az

5Источники