RU

15 il əvvəl buraxılmış Windows qəfildən məşhurlaşmağa başladı

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"XDA Developers" saytı 2009-cu ildə buraxılmış "Windows 7" məşhurluğunun artmasına diqqət çəkib. 

Ölkə.az xəbər verir ki, proqram dəstəyinin olmamasına baxmayaraq, əməliyyat sisteminin payı cəmi iki ay ərzində 100%-dən çox artıb.

"StatCounter" məlumatlarına görə, iyul 2025-ci ildə "Windows 7"nin qlobal payı 2% təşkil edirdisə, avqustda 3,5%-ə çatıb, sentyabra isə 5,2%-ə qədər atıb. Xatırladaq ki, "7"nin dəstəyi 2020-ci ilin yanvarında dayandırılmışdı.

Həmçinin təhlilçilər qeyd edirlər ki, son aylarda "Windows 10"un payı əhəmiyyətli dərəcədə azalıb. Bu, həmin əməliyyat sisteminə rəsmi dəstəyinin 25 oktyabrda başa çatması ilə əlaqədardır. 2025-ci ilin sentyabr ayına olan məlumata görə, "Windows 11"in istifadə payı 50,74% təşkil edir, "Windows 10"un payı isə 43,09%-dir.

"Windows 7"yə marağın belə gözlənilmədən artmasının səbəbləri hələ də aydın deyil. (valyuta.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
69
12
olke.az

10Источники