RU

Gəncədə "Nizami Gəncəvi və Şota Rustaveli - mədəniyyət kəsişmələri" mövzusunda beynəlxalq konfans keçirilmişdir

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gürcüstanın dövlət qurumlarının dəstəyi, AMEA-nın Gəncə Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun təşkilatçılığı ilə "Nizami Gəncəvi və Şota Rustaveli - mədəniyyət kəsişmələri" mövzusunda Azərbaycan-Gürcüstan Birinci Beynəlxalq Konfransı keçirilmişdir.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvü, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, həmçinin hər iki ölkənin elm adamları iştirak etmişlər.

Konfransdan əvvəl iştirakçılar Nizami və Rustaveliyə həsr olunmuş sərgi ilə tanış olmuşlar. Sonra iştirakçılar  Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.

Konfransda çıxış edənlər Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən dostluq münasibətlərinin tarixi kökləri, bu əlaqələrin bu gün daha da möhkəmlənməsi qeyd etmişlər. Məruzələrdə bildirilmişdir ki, Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılıq dünyasının araşdırılması iki xalqın mədəni və elmi əməkdaşlığının inkişafına xidmət edir.

Sonda gürcü qonaqlara AMEA-nın 80 illiyinə həsr olunmuş suvenir xalçalar və elmi nəşrlər təqdim olunmuşdur.

Konfransdan sonra qonaqlar Nizami Gəncəvinin məqbərəsini, muzeyini və gürcü şairi Nikoloz Barataşvilinin barelyefini ziyarət etmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Избранный
19
azerbaijan-news.az

1Источники