RU

İlham İsmayıl saxlanıldı


Ekspert İlham İsmayıl saxlanılıb. O, dələduzluqda ittiham olunur.

Mediada yayılan məlumatlara görə, o, xaricdə yaşayan ooğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan "Range Rover" avtomobili gətirəcəyinə dair vəd verib.

İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.

Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və o, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hələlik barəsində qətimkan tədbiri yoxdur.

O da bildirilir ki, İlham İsmayılln oğlu Cavidan İsmayılzadə barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. O zaman onun 970 min avro pulu mənimsədiyi iddia edilib. Həmin ərəfədə o, Almaniyada yaşadığı üçün İnterpol axtarışına verilib.

2023-cü ildə isə C. İsmayılzadə İnterpol xətti ilə Çexiyada tutulub. Bir müddət sonra sərbəst buraxılıb.

ZÜMRÜD

Избранный
25
44
baki-xeber.com

10Источники