ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, 1 oktyabr 2025-ci ildən etibarən ölkəyə gətirilən ağır yük maşınlarına 25 faiz gömrük rüsumu tətbiq olunacaq.
Marja xəbər verir ki, Trampın sözlərinə görə, bu addım yerli istehsalı gücləndirməyə yönəlmiş daha genişmiqyaslı planın tərkib hissəsidir. O, Truth Social platformasında paylaşdığı açıqlamada, “Dünyanın başqa yerlərində istehsal olunan bütün "Ağır Yük Maşınları"daha yüksək vergilərlə üzləşəcək” deyib.
ABŞ Prezidenti bu qərarını yerli istehsalçıları “ədalətsiz xarici rəqabətdən” qorumaq və milli təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaqla əsaslandırıb.
Tramp əlavə edib ki, Peterbilt, Kenworth, Freightliner, Mack Trucks və digər iri istehsalçı şirkətlər xarici müdaxilələrin yaratdığı təzyiqdən qorunacaq.