RU

Cənubi Koreya Şimali Koreya gəmisinə xəbərdarlıq atəşi açıb

Bakı. Trend:

Koreya Respublikasının Silahlı Qüvvələri Sarı dənizdə ŞimaliKoreyaya məxsus ticarət gəmisinin Seulun faktiki dəniz sərhədihesab etdiyi Şimal Limit Xəttini pozmasına cavab olaraq xəbərdarlıqatəşi açıb.

Trend-in Yonhap-aistinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla səhər saat5:00 radələrində Pennyendo adası yaxınlığında baş verib. ƏvvəlcəCənubi Koreya tərəfi elektron vasitələrlə xəbərdarlıq edib.

Atəş açıldıqdan sonra Şimali Koreya gəmisi bölgəni tərk edib.Qeyd olunur ki, Pxenyan Şimal Limit Xəttini tanımır.

“Silahlı qüvvələrimiz Şimali Koreyanın hərəkətlərini diqqətləizləyib və əməliyyat təlimatlarına uyğun cavab verib. Biz istənilənvəziyyətə hazırıq və sərhədi müdafiə etməyə davam edəcəyik”, –Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri bəyan edib.

Избранный
78
az.trend.az

1Источники