ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Yarımyüngül və yüngül çəkidə keçmiş UFC çempionu, irlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor 2026-cı ilin iyununda ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ Evdə keçirilməsi planlaşdırılan UFC yarışmasında iştirak etmək üçün istədiyi qonorarı deyib.
İdman.biz bildirir ki, turnir 2026-cı ilin iyununda təşkil olunmalıdır.
"Ağ Evdəki döyüş üçün 100 milyon dollar, mənim, ailəm və dostlarım üçün ABŞ-a 100 "Qızıl viza". Döyüş dünyasını yenidən sevindirmək fürsətini səbirsizliklə gözləyirəm", - Makqreqor sosial media səhifəsində yazıb.
İrlandiyalı 2021-ci ilin iyul ayından, "UFC 264"də yüngül çəkidə keçmiş UFC müvəqqəti çempionu Dastin Poryeyə ilk raundda texniki nokautla məğlub olduqdan sonra qarışıq döyüş sənətlərində döyüşmür. Onun peşəkar rekordu 22 qələbə və altı məğlubiyyətdir.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.