ABŞ prezidenti Donald Tramp Rusiya ilə bağlı son sərt açıqlamalarından sonra “kağız pələng” ifadəsini işlətməyəcəyinə söz verib.
"Unikal" xəbər verir ki, o bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı danışıb.
“Mən daha heç vaxt heç kimə “kağız pələng” deməyəcəyəm”.
Qeyd edək ki, sentyabrın 23-də Amerika lideri BMT Baş Assambleyasında çıxış edib. Daha sonra o, Rusiyanın Ukraynada "mənasızcasına" müharibə aparması fikrini bildirib və ölkəni "kağız pələng" adlandırıb.