RU

Azərbaycan və Bəhreyn diplomatik pasport sahibləri üçün viza tələblərini ləğv edirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində bəhreynli həmkarı Əbdülələtif bin Rəşid Əl Zayani ilə görüşüb.
Oxu.Az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" sosial şəbəkə hesabında məlumat verilib.
Məlumata görə, nazirlər Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Nazirlər həmçinin görüş zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasporta malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş"i imzalayıblar.
Избранный
45
oxu.az

1Источники