RU

Zelenski Əhməd Şara ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Suriya prezidenti Əhməd Şara ilə bir araya gəlib. Metbuat.az xəbər verir ki, bu barədə Zelenski açıqlama verib. O, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyası çərçivəsində Suriya Prezidenti Əhməd Şara ilə görüşdüyünü açıqlayıb. Zelenski bildirib ki, görüşdə Ukrayna və Suriyaya qarşı təhlükəsizlik təhdidləri, bu təhdidlərə qarşı mübarizə və ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Görüş zamanı iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair birgə bəyannamə imzalanıb.

Zelenski, “Biz qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr qurmağa razılaşdıq. Biz bu mühüm addımdan məmnunuq və sabitliyə gedən yolda Suriya xalqını dəstəkləməyə hazırıq” - deyə bildirib.

Избранный
8
1
metbuat.az

5Источники