RU

Bərdədə avtoqəza - Kuryer xəsarət aldı

BƏRDƏ, 25 sentyabr. TELEQRAF

Bərdədə baş verən qəza zamanı kuryer xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, şəhər ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Yaralı Bərdə şəhər ərazisində kuryer kimi fəaliyyət göstərirmiş.

Faktla bağlı araşdırma aparılır

Избранный
63
2
teleqraf.com

4Источники