Tədbirdə Avropanın aparıcı agentliklərinin rəhbərləri və nümayəndələri, o cümlədən Alyansa üzv olan AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib.
Konfransda “Reuters”, Böyük Britaniyanın “Press Association”, Fransanın AFP, Bolqarıstanın BTA və digər agentliklərin rəhbərləri süni intellektin sürətlə yayıldığı vaxtda agentliklərin üzləşdiyi çağırışlardan, effektiv menecmentlik, gəlirlərin şaxələndirilməsi, müəllif hüquqlarının qorunması məsələlərindən danışıblar. Əsas diqqət xəbər agentlikləri tərəfindən süni intellekt vasitəsilə informasiya yaradılmasının etik və jurnalistika prinsiplərinə uyğunluğunun müzakirəsinə yönəldilib.
Eyni zamanda bildirilib ki, artıq xəbər saytları əvvəlki kimi axtarış sistemlərindən keçidlər əldə edə bilmir. Səbəb insanların sorğularını “Google” və digər axtarış sistemlərinə deyil, ChatGPT və ya digər proqramlara üz tutmasıdır. Bununla əlaqədar texnoloji nəhənglər müəllif hüquqlarını, informasiya mənbələrinin öndə olmasını alqoritmlər vasitəsilə təmin etməlidirlər və bütün bunlar qanunvericiliklə təsbit olunmalıdır.
5Источники
-
xalqqazeti.azAZƏRTAC AXA Alyansının Afina konfransında ( 21759280)
-
xalqqazeti.azAZƏRTAC AXA Alyansının Afina konfransında ( 21759175)
-
sia.azAZƏRTAC EANA-nın Afina konfransında iştirak edib ( 21745810)
-
demokrat.azAZƏRTAC Afina konfransında iştirak edib — FOTO ( 21745084)
-
xalqqazeti.azAZƏRTAC Avropa Xəbər Agentlikləri Alyansının Afina konfransında iştirak edib ( 21744844)