RU

Messi MLS-də bombardirlər yarışında liderdir

“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi MLS-in bombardirlər siyahısında vahid liderliyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, argentinalı forvard cari mövsümdə artıq 24 qol vurub.

Onun ən yaxın izləyicisi “Los-Anceles”in qabonlu hücumçusu Deni Buanqadır – 22 qol. Üçüncü pillədə isə “Neşvill”in ingilis oyunçusu Sem Sarric qərarlaşıb – 21 qol.

Xatırladaq ki, “Nyu-York Siti” ilə görüşdə (4:0) Messi dubl edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Messi 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə qoşulub. O vaxtdan bəri bütün turnirlərdə 77 oyunda iştirak edib, 66 qol və 32 məhsuldar ötürmə müəllifi olub.

Избранный
114
50
90deqiqe.az

10Источники