RU

Nikolas Sarkoziyə 5 il həbs cəzası verildi

Nikolas Sarkoziyə 5 il həbs cəzası verildi

Fransanın sabiq Prezidenti Nikolas Sarkozi 2007-ci ildə seçki kampaniyası zamanı Liviya tərəfindən qanunsuz maliyyələşdirmə aldığı iddiası ilə məhkəməyə çıxarıldığı işdə “cinayət təşkilatı qurmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib.

Milli mətbuata istinadla bildirilib ki, Paris Məhkəməsi dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək, passiv korrupsiya, qanunsuz kampaniya maliyyələşdirilməsi və cinayət törətmək məqsədilə cinayət təşkilatı qurmaq ittihamları ilə baxılan Liviya işi üzrə Sarkozi haqqında qərarını açıqlayıb.

Məhkəmə Sarkozinin passiv korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və qanunsuz kampaniya maliyyələşdirilməsi ittihamlarında təqsirli olmadığına qərar verərək, sabiq Prezidentin yalnız cinayət təşkilatı qurmaq ittihamı üzrə məhkum edildiyini bildirib.

Məhkəmə Sarkoziyə 5 il həbs cəzası təyin edib. Paris Prokurorluğu isə sabiq Fransa Prezidenti və digər 11 nəfərin məhkəməyə çıxarıldığı işdə Sarkozi üçün 7 il həbs istəmişdi.

Sarkozi 10 ildən artıq davam edən araşdırmadan sonra ilin əvvəlində açılan işdə bütün ittihamları rədd etmişdi.

Qeyd edək ki, Liviya işində əsas şahid hesab olunan fransız-livan əsilli iş adamı Ziyad Takieddin 23 sentyabrda Beyrutda vəfat edib.

Избранный
4
afn.az

1Источники