RU

ABŞ müdafiə naziri yüzlərlə generalı görüşə çağırdı - Səbəb açıqlanmır

BAKI, 25 sentyabr. TELEQRAF

ABŞ-nin müharibə naziri Pit Heqset səbəbi açıqlanmadan yüzlərlə generalı və admiralı 30 sentyabrda Virciniya ştatındakı Kuan­ti­ko hərbi bazasında keçiriləcək görüşə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, generallar və onların köməkçiləri görüşün məqsədindən xəbərsizdirlər. Heqsetin bu əmri ABŞ-nin bütün yüksək rütbəli hərbi komandirlərinə ünvanlanıb.

“The Washington Post” qeyd edir ki, bu, çox nadir hallarda rast gəlinən və hərbi rəhbərlikdə çaşqınlıq və narahatlıq doğuran qərardır.

Избранный
18
teleqraf.com

1Источники