RU

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu - Azərbaycanın qloballaşan siyasəti...


Sahil Kərimli: “ABŞ-da keçirilən bu forumun Azərbaycanın beynəlxalq nüfuzuna çox böyük dəstəyi var”

Sentyabrın 24-də Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilib.

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu baxımından nə deməkdir?

Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə “ABŞ-da keçirilən bu forumun Azərbaycanın beynəlxalq nüfuzuna çox böyük dəstəyi var. Bu, Azərbaycanın qloballaşan siyasətinin nəticələrindən biridir. Ölkəmiz dünyanın enerji təhlükəsizliyinə çox ciddi töhfələr verir”-deyə bildirdi.

S.Kərimlinin sözlərinə görə, eyni zamanda ABŞ-la, Avropa ölkələri ilə enerji sahəsində Azərbaycanın bir çox nəhəng layihələri var və onların həyata keçirilməsində ölkəmiz çox əhəmiyyətli, ciddi addımlar atır: “Ümumiyyətlə, günümüzdə ABŞ-Azərbaycan əlaqələri, deyərdim ki, müstəqillik tariximizdə olmadığı qədər yüksələn xətt üzrə inkişaf edib. Son dövrlərdə Tramp administrasiyası ilə Azərbaycan dövləti arasında sıx münasibətlər, şəxsən Prezident İlham Əliyevə olan böyük inam, hörmət və etimad ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirir. Bu istiqamətdə həm siyasi, həm iqtisadi əlaqələrin gücləndirilməsi günümüzdə daha da inkişaf edir. Təbiidir ki, Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumu da bir daha Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir. Azərbaycan əvəzedilməz və etibarlı tərəfdaş kimi yenə də dünyada önə çıxır. Xüsusilə də bu gün dünyanın diqqəti ABŞ-ın Nyu-York şəhərinə - BMT-nin sessiyasına yönəlib. Bu sessiya çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Prezidentinin iştirakı, Prezident İlham Əliyevin dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşləri, Birinci xanım Mehriban Əliyevanın keçirdiyi görüşlər çox əhəmiyyətlidir. Bu görüşlər, təmaslar, aparılan müzakirələr onu deməyə əsas verir ki, bu gün Azərbaycan özünə həm siyasi, həm iqtisadi dividendlər qazandırır, ölkəmizin dünyada nüfuzu daha da yüksəlir. Azərbaycan dünyada yenə də öz layihələri ilə bir addım önə çıxır”.

İradə SARIYEVA

Избранный
47
baki-xeber.com

1Источники