Türkiyəli müğənni və aktyor Özcan Denizin səsi ilə görüntüsünün süni intellektlə klonlanacağı deyilir.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, aktyor süni intellektlə hazırlanan “Tesserakt” serialında rol alacaq.
Layihə 2050-ci ilə baş verəcək hadisələrdən bəhs edəcək. Özcan Deniz isə serialda dövlət başçısı rolunda çıxış edəcək.
Serial 7-10 dəqiqədən və 6 seriyadan ibarət olacaq.
Layihə 13 oktyabrda Kann şəhərində keçiriləcək “MİPCOM” sərgisində təqdim olunacaq.
"Cebheinfo.az"